AZ

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçənişçilərin etik davranış qaydalarında dəyişiklik edilib.

Trend-in əldəetdiyi məlumata görə, söhbət işçilərin korrupsiyaya qarşıdavranışndan gedir.

Belə ki, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər,imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, işçi onlardanimtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və yagüzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bubarədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunamüvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölməyə(şəxsə) məlumat verməlidir.

İşçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən vəya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrasımüqabilində mükafat qismində verilən və ya bu cür mükafattəəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələbedə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı vədəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdətutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğuhallara şamil edilmir. İşçi hədiyyənin qəbul edilməsi və yaqonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallardabu məsələ barədə “Korrupsiyaya qarşı mübarizə haqqında”Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilənsəlahiyyətli struktur bölmənin (şəxsin) rəyiniöyrənməlidir.

Daha əvvəl işçi birbaşa rəhbərinə məlumatverməli və onun rəyini öyrənməli idi.

Seçilən
37
10
az.trend.az

10Mənbələr