AZ

Azərbaycan çempionatında mükafatçıların adları məlum oldu

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.

Sportal.az xəbər verir ki, turnirdə paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb.

6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu adına yiyələnib. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsində yer alıb

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
7
sportal.az

10Mənbələr