BAKI, 13 aprel. TELEQRAF
2024-cü ilin İş Planı üzrə aşkar edilən əhəmiyyətli maliyyə təhriflərinin həcmi 807,3 milyon manat təşkil edib. 2025-ci ildə bu təhriflərin 450 milyon manatdan çox hissəsi aradan qaldırılıb.
Teleqraf xəbər ki, bu barədə Hesablama palatasının 2025-ci il üzrə hesabatında qeyd edilib
Bildirilib ki, 2024-cü ilin İş Planı üzrə 2025-ci ildə bərpa edilməsi nəzərdə tutulan vəsait 25 milyon manat olub.
Hesabat dövründə faktiki olaraq 15,4 milyon manat vəsait bərpa edilib.
Bərpa edilməmiş vəsaitlərin səbəblərinə gəlincə, bunun 76,1 faizi qurumlar tərəfindən vəsaitin bərpası prosesinin davam etməsi ilə bağlıdır. Digər 23,9 faiz isə kollegiya qərarları üzrə qanunvericilikdə müəyyən edilmiş müddətlərin bitməsidir.
Hesabatda həmçinin bildirilib ki, prokurorluq orqanlarına 3 audit materialı göndərilib. Bu çərçivədə 0,8 milyon manat məbləğində ziyan 1 audit üzrə ödənilib, digər 2 audit üzrə isə araşdırmalar davam etdirilir.