Bakı.Trend:
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri başaçatdırılıb.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumatverilib.
Bildirilib ki, istismara verildiyi 1950-ci illərdən bəri ilkdəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçünzəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarınıntəhlükəsiz daşınması təmin ediləcək.