ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada kosmonavtların gəlir səviyyəsi dərəcədən, vəzifədən və uçuşlarda iştirakdan asılıdır.
Ölkə.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonovanın sözlərinə görə, dəstəyə qəbul edildikdən sonra yeni başlayan kosmonavtın maaşı 180 min rubldan (təxminən 3 960 AZN) başlayır. Peşəkar inkişaf etdikcə dərəcənin artması və əlavə ödənişlər hesabına gəlir yüksəlir.
Sınaqçı-kosmonavtın baza maaşı 180–250 min rubl (3 960 – 5 500 AZN) aralığında dəyişir. Gələcəkdə bu rəqəm üçüncü dərəcəli mütəxəssislər üçün 300 min rubla (6 600 AZN), ikinci dərəcəlilər üçün 400 min rubla (8 800 AZN) və birinci dərəcəlilər üçün 500 min rubla (11 000 AZN) qədər çata bilər.
Təlimatçı-kosmonavtlar funksiyalarından və məsuliyyət səviyyəsindən asılı olaraq orta hesabla 450 min rubldan 550 min rubla qədər (9 900 – 12 100 AZN) maaş alırlar.
Əlavə ödənişlər staj və uçuşlarda iştirak əsasında formalaşır. Kosmik missiyalara görə verilən əlavələr maaşı 2.5 dəfə artıra bilər.
Bütün ödənişlər nəzərə alındıqda, təcrübəli mütəxəssislərin gəliri əhəmiyyətli dərəcədə yüksəkdir:
Sınaqçı-kosmonavt: 625 min rubla qədər (13 750 AZN)
Üçüncü dərəcəli mütəxəssis: 750 min rubla qədər (16 500 AZN)
İkinci dərəcəli mütəxəssis: 1 milyon rubla qədər (22 000 AZN)
Birinci dərəcəli mütəxəssis: 1.25 milyon rubla qədər (27 500 AZN)
Təlimatçı-kosmonavt: 1.375 milyon rubla qədər (30 250 AZN) maaş ala bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.