AZ

Polşa Belarusla sərhəddə yeni hasarın tikintisinə başlayıb

RMF24 xəbər verir ki, Polşa Belarusla sərhədində daha bir hasarın tikintisinə başlayıb. Əlavə hasar mövcud hasarı möhkəmləndirmək üçün nəzərdə tutulub.

"Bu, xidməti yol boyunca tikanlı məftillərlə örtülmüş dörd metrlik hasardan, eləcə də əlavə tikanlı məftil spirallarından və meşə tərəfində iki metrlik hasardan ibarətdir", - deyə məlumatda bildirilir.

Podlasie Sərhəd Mühafizəsinin komandanı general Slavomir Klekotka bildirib ki, işlərə eyni vaxtda beş yerdə başlanılıb. Səddin Polşa-Belarus sərhədinin Podlasie Voyevodluğunda 186 kilometrlik bütün hissəsi boyunca tikilməsi planlaşdırılır. Tikintinin yazın sonlarında başa çatması planlaşdırılır.

Əziz MUSTAFA

Seçilən
16
1
oxumeni.az

2Mənbələr