AZ

Bu spirtli içkilər ishal yaradır

Psixiatr və asılılıq üzrə mütəxəssis, Dr. Kalyujnaya Klinikasının təsisçisi və direktoru Marina Kalyujnaya izah etdi ki, müəyyən spirtli içkilər ishala səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Kalyujnaya güclü spirtli içkiləri ishalın ən güclü səbəblərindən biri adlandırıb.

"Yüksək etanol konsentrasiyasına görə araq, viski və konyak selikli qişanı daha çox qıcıqlandırır və bağırsaq hərəkətliliyini daha tez pozur, xüsusən də qidasız və ya böyük dozada qəbul edildikdə. 15 faizdən çox spirt konsentrasiyası olan böyük dozada içkilər də mədə və bağırsaq hərəkətliliyini daha ciddi şəkildə inhibə edir", - deyə Kalyujnaya xəbərdarlıq edib.

Həkim əlavə etdi ki, ishala kokteyllər, likörlər və zənginləşdirilmiş şərablar kimi şəkər və qatqı maddələri ilə zənginləşdirilmiş içkilər də səbəb ola bilər. Bu hallarda etanolun mənfi təsirləri şəkər tərəfindən gücləndirilir və bu, bağırsaq boşluğuna su çəkir və beləliklə, hətta mədə-bağırsaq problemləri olmayan insanlarda belə ishala səbəb ola bilər.

Kalyujnayanın sözlərinə görə, pivə də həmçinin ishala da səbəb ola bilər. Asılılıq üzrə mütəxəssis izah edib ki, bu içki karbon qazı, fermentasiya məhsulları və bağırsaq peristaltikasını artıran komponentlərdən ibarətdir.

Həkim vurğuladı ki, qastrit, qıcıqlanmış bağırsaq sindromu, pankreatit və qaraciyər xəstəliyi olan insanlarda hətta az miqdarda spirtli içki belə ciddi reaksiyaya səbəb ola bilər, çünki selikli qişa və ferment sistemləri onsuz da həssasdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr