AZ

Qeyri-dost ölkələrin gəmilərinə keçid qadağandır - İran ordusu

İrana dost olmayan ölkələrlə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək, digər gəmilərə isə İran qaydalarına uyğun olaraq icazə veriləcək.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı bəyan edib.

O, İran hakimiyyətinin İranın ərazi sularında milli maraqlarını qorumağa davam edəcəyinə söz verib.

Qərargahın sözçüsü ABŞ-nin Hörmüz boğazının beynəlxalq sularında gəmilərin hərəkəti və keçidinə qoyduğu məhdudiyyətləri "qanunsuz hərəkət" və "piratçılıq" adlandırıb.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının blokadasının bazar ertəsi günü başlayacağını bəyan edib. Komandanlıq bildirib ki, ABŞ qüvvələri boğazdan İrandan kənar limanlara və oradan keçən tankerlərin naviqasiya azadlığına mane olmayacaq.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr