AZ

Yekaterinburq məhkəməsi Şahin və Mutvalı Şıxlınskini uzunmüddətli həbs cəzasına məhkum edib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Yekaterinburqun (Rusiya) Kirov rayon məhkəməsi Uralda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlınskini və onun oğlu Mutvalı Şıxlınskini hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq tətbiq etməkdə təqsirli bilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şahin Şıxlınskiyə doqquz il ciddi rejimli cəzaçəkmə müəssisəsində, oğluna isə səkkiz il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası təyin edilib.

İstintaqın məlumatına görə, 2025-ci ilin iyulunda Şahin Şıxlınski Yekaterinburqda "Bakı Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılıb. Saxlanılma zamanı o, oğlunun idarə etdiyi avtomobildə olub. Silahlı qüvvələrin Şahin Şıxlınskini maşından çıxarmağa cəhd etdiyi zaman avtomobil kəskin şəkildə geriyə hərəkət edib, nəticədə FTX əməkdaşlarından biri yıxılıb.

Daha əvvəl, martda Şahin Şıxlınski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsd işi üzrə artıq 22 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilmişdi. Ümumilikdə onun yekun cəza müddəti 24 il təşkil edib: ilk dörd ili həbsxanada, qalan hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
baku.ws

2Mənbələr