AZ

ABŞ İran nefti ilə bağlı sanksiyaları pozanlara qarşı sərt xəbərdarlıqETDİ

ABŞ İran nefti ilə bağlı sanksiyaları pozan tərəflərə qarşı sərt mövqe nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blançe bu barədə açıqlama verib.

O bildirib ki, ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan İran neftini alan və ya satan bütün tərəflərə qarşı hüquqi tədbirlər görəcək.

Blanche “X” platformasında yazdığı paylaşımda qeyd edib: “Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək”.

Bundan əvvəl ABŞ ordusunun aprelin 13-də İran limanlarını blokadaya alacağı, lakin limanlara daxil olmayan və ya çıxmayan gəmilərin Hörmüz boğazından keçməsinə mane olmayacağı açıqlanmışdı.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
15
1
redaktor.az

2Mənbələr