
Ekspertin sözlərinə görə, o, bankın təmsilçisindən niyə bu əməliyyata icazə verildiyini soruşub: “Niyə kartdan elə özünə köçürməni texniki olaraq qeyri-mümkün etmirlər? Axı bu çətin deyil. Cavab verdirlər ki, təklifinizi nəzərə aldıq, gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq? Sual, təbii ki cavabsız qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdə deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır”.
Samir Əliyev Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsinin faktiki olaraq müdafiədən kənarda qaldığını vurğulayıb. Bu hüquqlar kütləvi şəkildə pozulur, müdafiə edən mexanizmləri isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadılır, səhv və yarımçıq məlumat verməklə kredit bataqlığına salırlar. “Oturub havadan müqavilə tərtib edir, sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir”,- ekspert vurğulayıb.