AZ

Bakıda yanacaq çəninə çırpılan avtomobil partladı: Ölən var - VİDEO

Aprelin 12-də Bakının Suraxanı rayonunda, Zığ beton yolunda faciəvi yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, texniki nasazlıq səbəbindən yolun kənarında dayanan yanacaq daşıyan avtosisternə birinci zolaqla hərəkət edən digər avtomobil çırpılıb.

Hadisə nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi tamamilə yanaraq kül olub.

Seçilən
1
olke.az

1Mənbələr