AZ

Şəhram İrani: Trampın Hörmüzü blokadaya almaqla bağlı təhdidi absurddur

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaqla bağlı təhdidinin "absurd və gülünc" olduğunu bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə İran mediasının məlumatında deyilir.

Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ABŞ Silahlı Qüvvələrinin regiondakı bütün hərəkətlərini izləyir və nəzarətdə saxlayır".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb.

Seçilən
7
far.az

1Mənbələr