AZ

Bakıda narkomanlığın zərərləri ilə bağlı maarifləndirici tədbirlərin əhatəsi genişləndirilir

Bakı, 13 aprel, AZƏRTAC

Antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsini nəzərə alaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərərləri ilə bağlı sosial təbliğat və maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış 60 ədəd bilbordların Bakı şəhərində yerləşdirilməsi təmin edilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, hazırlanmış bilbordlar rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində, mərkəzi küçə və prospektlərdə, əsasən də yeniyetmə və gənclərin daha çox olduğu ərazilərdə quraşdırılıb.

Müxtəlif adda çap olunmuş bilbordlar “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə edib.

Maarifləndirici bilbordların uzunmüddətli nümayişi nəzərdə tutulur.

Seçilən
14
1
azertag.az

2Mənbələr