AZ

Merts: Madyarın qələbəsi Rusiya ilə bağlı qərarvermə prosesini asanlaşdıracaq

BAKI, 13 aprel. TELEQRAF

Almaniya Kansler Fridrix Merts müxalif siyasətçi Peter Madyarın “Tisa” Partiyasının Macarıstan parlament seçkilərindəki qələbəsinin Avropa İttifaqı (Aİ) üçün önəmli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, kansler Macarıstanın yeni liderinin sələfi, Baş nazir Viktor Orbandan fərqli olaraq, Aİ-nin qərarlarına mane olmayacağını deyib.

“Peter Madyarın Macarıstan seçkilərində qələbəsindən sonra Avropa İttifaqı daxilində, o cümlədən Rusiya ilə bağlı məsələlərdə qərarvermə prosesi daha asan olacaq”, - Merts vurğulayıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr