AZ

Göz qapağı niyə titrəyir?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Göz qapağının titrəməsinin əsas səbəbi miokimiya adlanan vəziyyətdir. Bu, göz qapağı əzələlərinin qeyri-iradi yığılmasıdır və yorğunluqdan sonra digər əzələlərdə müşahidə olunan titrəməyə bənzəyir. Adətən miokimiya bir neçə gün, maksimum isə bir neçə həftə davam edir və öz-özünə keçir.Demokrat.az xəbər verir ki, rusiyalı oftalmoloq və VISTA Oftalmologiya Mərkəzinin baş direktoru Anton Kazantsev "gazeta"ya göz qapağının titrəməsinin səbəbləri, bu vəziyyətin necə inkişaf etdiyi və hansı hallarda həkimə müraciət etməyin vacibliyi barədə danışıb.“Müasir həyat tərzi bu vəziyyətə birbaşa təsir edir. Əsas amillər stress, yuxusuzluq, yorğunluq və stimullaşdırıcı maddələrin – kofein, nikotin və alkoqolun istifadəsidir. Stress və emosional gərginlik, istər müsbət, istərsə də mənfi olsun, sinir sisteminə təsir göstərir. Stressin azaldılması iş və istirahətin növbələşdirilməsi, fiziki aktivlik və açıq havada gəzintilər sayəsində mümkündür”, – deyə həkim bildirib.Onun sözlərinə görə, özünütənzimləmə üsulları, yumşaq nəfəs məşqləri və ya yoqa, eləcə də tam istirahət qısa müddətdə müsbət nəticə verir. Yuxu çatışmazlığı isə bərpa proseslərini pozur və yorğunluğu artırır. Sinir sisteminin bərpası əsasən gecə saatlarında baş verdiyindən, gündəlik rejimin tənzimlənməsi və 7–8 saat qaranlıq mühitdə yatmaq vacibdir. Həmçinin hər gün eyni vaxtda yatıb oyanmaq tövsiyə olunur.Kofein sinir sistemini stimullaşdıraraq göz qapağında xırda və qeyri-iradi titrəmələrə səbəb ola bilər. Alkoqol və siqaret isə damar sisteminə təsir edərək sinir toxumasını qıcıqlandırır. Bu səbəbdən miokimiya dövründə kofeinin gündə bir fincanla məhdudlaşdırılması, energetik içkilərin, alkoqolun və nikotinin isə tamamilə dayandırılması məsləhətdir.“Bir çox insanlar kompüter qarşısında işləyərkən, kitab oxuyarkən və ya qadcetlərdən istifadə edərkən gözlərini həddindən artıq yükləyirlər. Göz əzələlərinin və sinir uclarının gərginliyi də göz qapağının titrəməsinə səbəb ola bilər. Ekran qarşısında işləyərkən müntəzəm fasilələr vermək lazımdır: hər 20 dəqiqədən bir baxışı təxminən 6 metr uzaqlığa 20 saniyə yönəltmək tövsiyə olunur. Beləliklə, əzələ gərginliyi azalır və gözlər həddindən artıq yorulmur”, – deyə oftalmoloq xatırladıb.Göz qapağının titrəməsinin digər səbəblərindən biri də göz quruluğu, külək, kondisioner və ya kontakt linzaların uzun müddət istifadəsi nəticəsində selikli qişanın qıcıqlanmasıdır. Bu hallarda oftalmoloqun təyinatı ilə istifadə olunan xüsusi göz damcıları kömək edə bilər.“Əksər hallarda miokimiya təhlükəsizdir və müalicə tələb etmədən keçir. Lakin vəziyyəti nəzarətdə saxlamaq vacibdir: əgər titrəmələr iki-üç həftədən çox davam edərsə, güclü spazm, göz qapağının tam bağlanması, onun sallanması və ya üzün digər hissələrinə yayılması ilə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır. Sonrakı müalicə ilə bağlı qərar adətən oftalmoloq, nevroloq və bəzən psixoterapevtin birgə iştirakı ilə verilir”, – deyə həkim fikrini yekunlaşdırıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
demokrat.az

1Mənbələr