AZ

Premyer Liqa klubunun qapı torları biabırçı durumdadır - VİDEO

Misli Premyer Liqası klubu “İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksinin stadionundakı problemlər bitmir.

"Cebheinfo.az" xəbər verir ki, arenanın ot örtüyü ilə yanaşı qapı torları da bərbad vəziyyətdədir. 

Bu barədə 2-ci liqada mübarizə aparan “Quba” klubunun rəsmisi Ayaz Abdullayev paylaşım edib. O bildirib ki, mövsümün əvvəlində bununla bağlı “İmişli”yə müraciət etsə də, onlar məsələni gözardı ediblər. Stadionun torlarını yeniləmək əvəzinə iplə bir-birinə bağlayıblar:

“Kimin xətrinə dəyir dəysin, kim inciyir incisin. Amma ev oyunlarını oynadığın stadion sənə doğma olmalıdır. Ev sahibi olmalısan.. İnsan evinə bu qədər laqeyd olmamalıdır. Bizim büdcəmiz minlərlə dəfə aşağıdır, amma divarın rəngi pis duruma düşəndə belə biz həll etməyə çalışırıq. Bir az diqqət, bir az da yanaşma dəyişsin”. 

"Cebheinfo.az"

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr