Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Abşeron rayonu, Masazır qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 12-də saat 11:07 radələrində qeydə alınıb. Belə ki, 77-LZ-252 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Görüntülərdən aydın olur ki, sürücü digər hərəkət iştirakçılarından fərqli olaraq işıqforun qadağanedici siqnalında dayanmayaraq hərəkətini davam etdirir.
Xoşbəxtlikdən hadisə zamanı qarşı tərəfdən nəqliyyat vasitəsinin gəlməyib.
Qeyd edək ki, bəzi sürücülər sıxlıq şəraitində və ya işıqforun qırmızı siqnalında gözləməyi vaxt itkisi kimi qiymətləndirir. Bu isə yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur və qəza ehtimalını artırır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.