AZ

Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırıldı

MİNGƏÇEVİR, 13 aprel. TELEQRAF

Mingəçevir su anbarından Kür çayına gündəlik buraxılan suyun həcmi artırılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, bu addım aramsız yağan yağışlar nəticəsində anbarda su səviyyəsinin artımını nəzarətdə saxlamaq məqsədilə atılıb.

Son iki gündə anbarda suyun artımı nəzərə alınmaqla Kür çayına saniyədə 400 kubmetr əvəzinə 500 kubmetr həcmində su axıdılır. Nəticədə intensiv yağıntılara rəğmən su anbarındasəviyyə 80 metr 1 santimetrlik həddən 79 metr 99 santimetr həddinə endirilib.

Qeyd edək ki, anbarın maksimal su tutumu səviyyəsi 83 metr təşkil edir.

Seçilən
4
teleqraf.com

1Mənbələr