AZ

Soyuducunun üst gözünə birini qoyun, nəticə sizi təəccübləndirəcək: Yaponların gizli üsulu

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Evdə uzun müddət olmayanlar üçün soyucunun dondurucu bölməsində qəpik saxlamaq tövsiyyə edilir. Bu sadə metod xüsusilə səyahət zamanı mənzildə işığın sönüb-sönmədiyini anlamağa kömək edir.Demokrat.az bildirir ki, soyuducudakı qidalar əriyib yenidən donduqda tərkibində təhlükəli bakteriyalar yarana bilər. Cəmi bir stəkan su və metal pul vasitəsilə məhsulların yararlı olub-olmadığını dəqiq bilmək mümkündür.Proses çox sadədir. Əvvəlcə bir stəkan su dondurulur və buzun üzərinə qəpik qoyulur. Stəkan dondurucuya yerləşdirilir. Evə qayıtdıqda qəpiyin stəkandakı mövqeyi dondurucuda baş verənləri üzə çıxarır.Qəpik buzun tam üzərində qalıbsa, deməli cihaz fasiləsiz işləyib və qidalar təhlükəsizdir. Metal pul buzun orta hissəsinə enibsə, bu, enerjinin qısa müddətli kəsildiyini göstərir. Əgər qəpik stəkanın dibinə çatıbsa, dondurucudakı buzlar tamamilə əriyib. Belə halda məhsullar artıq xarab hesab olunur və onları yemək sağlamlıq üçün ciddi təhlükə yaradır.Heç bir xərc tələb etməyən bu üsul qida zəhərlənməsinin qarşısını almaq üçün ən effektiv yollardan biridir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr