AZ

"Çelsi"də kabus davam edir - son 7 oyunda 1 qələbə

“Çelsi” azarkeşlərini məyus etməkdə davam edir.

Apasport.az xəbər verir ki, “zadəganlar” İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində öz meydanında “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.

Komanda daxili çempionatda ardıcıl üçüncü dəfədir ki, matçı qol vurmadan başa vurur və məğlub olur. Bu göstərici sonuncu dəfə 1997–98 mövsümündə qeydə alınıb – həmin vaxt komanda ardıcıl 4 oyunda qol vurmadan uduzmuşdu.

Həmçinin London təmsilçisi Premyer Liqada keçirdiyi son 7 oyunda cəmi 1 qələbə qazanıb. Bu görüşlərin 4-də məğlub olan klub, qalan 2 matçda isə heç-heçə edib.

Qeyd edək ki, “Çelsi” hazırda 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı 12-ci sıradakı “Fulhem”dən cəmi 3 xal ayırır.

Qordon “Arsenal”ın hədəfində

“Bavariya”dan yeni rekord

Bundesliqa tarixində ilk

Türkiyədə transfer bombası: SANEDƏN SONRA MANE DƏ GƏLİR

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Seçilən
1
1
apasport.az

2Mənbələr