ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 may 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 1 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitəsinin start qiyməti 31 min manatdan başlayır. Avtomobilin markası "Toyota Camry", buraxılış ili isə 2019-cu ildir. Qeyd edək ki, avtomobil 2-ci dəfə təkrar hərraca çıxarılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.