AZ

Qazaxıstanla depozitar əməliyyatları tam avtomatlaşdırılacaq - Milli Depozit Mərkəzi

Bakı. Trend:

Qazaxıstanın mərkəzi depozitarı ilə əməkdaşlıq çərçivəsində əsasinstitusional və hüquqi mərhələlər artıq tamamlanıb.

Bunu Trend-əözəl müsahibəsində Milli Depozit Mərkəzinin İdarə Heyətininsədri Elçin Əlizadə deyib.

O bildirib ki, hər iki depozitar arasında qarşılıqlı hesablarınaçılması təmin edilib.

“Bu da qiymətli kağızların ötürülməsi və saxlanılması üçüntexniki imkanlar yaradır. Hazırda bəzi əməliyyatlar manual qaydadahəyata keçirilə bilir. Paralel olaraq depozitarlar arasında birbaşakommunikasiya və inteqrasiyanın təmin olunması istiqamətindətexniki işlər davam etdirilir. Məqsəd qiymətli kağızlar üzrəəməliyyatların tam avtomatlaşdırılması və onların beynəlxalqstandartlara uyğun olaraq "SWIFT" platforması üzərindən icraedilməsidir. Hədəf cari ilin sonuna qədər bu texniki işləriyekunlaşdırmaq və əməliyyatları manual mərhələdən tamavtomatlaşdırılmış mərhələyə keçirməkdir”, - deyə sədrvurğulayıb.

Seçilən
2
az.trend.az

1Mənbələr