AZ

Peter Magyar prezidenti və marionetlərini dərhal istefaya çağırdı

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar ölkənin hazırkı prezidentini və bütün dövlət aparatını dərhal istefaya çağırıb. 

Qaynarinfo xəbər verir ki, o, bu bəyanatı mitinq zamanı canlı yayımda səsləndirib.

Onun sözlərinə görə, Macarıstan Viktor Orbanın illərlə apardığı "balans siyasətindən” imtina edəcək və NATO çərçivəsində müdafiə qabiliyyətinin gücləndirilməsinə yönələcək. Bildirilir ki, əsas prioritet ölkənin etibarlı tərəfdaş imicinin bərpası olacaq.

"Biz demokratiyanı və onun müstəqilliyini təmin edən institutların fəaliyyətini bərpa edəcəyik. Macarıstan yenidən Avropa İttifaqı və NATO-da güclü müttəfiqə çevriləcək”, deyə Peter Magyar vurğulayıb.

Hərbi məsələlərlə yanaşı, siyasətçi Belçikaya təcili səfər planlaşdırır. Səfərin məqsədi dövlət proqramlarını durğunluqdan xilas etməli olan dondurulmuş Avropa vəsaitlərinin açılmasına nail olmaqdır. Onun fikrincə, mövcud hakimiyyət ötürmə prosesini ləngitməməlidir.

"Mən respublika prezidentini məni hökuməti formalaşdırmağa dəvət etməyə, daha sonra isə vəzifəsindən getməyə çağırıram. Bütün "marionetləri" də eyni addımı atmağa səsləyirəm”, deyə siyasətçi bildirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr