AZ

Arvadı onunla getmək istəmədi deyə bizi söydü, mən də pol taxtası ilə döydüm

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəmkir rayonunda 45 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 14-də rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Nəcəf həmin gün saat 17:30-da bacısının həyat yoldaşı Nəriman (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında mübahisə Nərimanın arvadı Səbinəni yaşadıqları evə aparmaq istəməsi və onun ünvanına təhqir edici sözlər işlətməsinə görə baş verib. Mübahisə zamanı taxta parçası ilə bir neçə dəfə onun qoluna, sifətinə, başına vurub. Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, dekabrın 14-də, saat 17:30-da yaşadığı evdə olan zaman Nəriman onun evinin həyətinə gəlib və bacısı Səbinəni aparmaq istəyib: “Amma Səbinə Nərimanla getmədiyi üçün bizi nalayiq sözlərlə təhqir edərək mübahisə etməyə başladı. Mübahisə zamanı yer silmək üçün nəzərdə tutulmuş taxta ilə bir neçə dəfə Nərimanın qoluna vurdum. Nərimanın oğlu Fuad bizi sakitləşdirərək araladı”. Təqsirləndirilən şəxs deyib ki, bununla belə hadisədən sonra Nərimana dəymiş ziyanı ödəyib və onunla barışıb, əməlindən peşmandır. O, bir daha cinayət törətməyəcəyinə söz verib və məhkəmədən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin müvafiq qərarına əsasən cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edib.İş üzrə zərərçəkmiş Nərimanın sözlərinə görə, dekabrın 14-də qaynı Nəcəfin yaşadığı evə gedib və arvadı Səbinəni gətirmək istəyib: “Səbinə onunla getmədiyi üçün Nəcəf mübahisə etməyə başladı. Mübahisə zamanı Nəcəf yer silən üçün nəzərdə tutulmuş taxta ilə onun sifətimə, qoluma, başıma vuraraq xəsarət yetirdi. Lakin hadisədən sonra o, məndən üzr istədi. Mən də onu bağışlayaraq barışdım. Ondan şikayətim yoxdur”.Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr