AZ

Rusiya sülh şərtini açıqladı - Kreml mövqeyi sərtləşir

Rusiya Ukrayna ilə davamlı sülhün əldə olunmasında maraqlı olduğunu bəyan edib, lakin bunun yalnız Moskvanın əsas tələbləri yerinə yetirildikdən sonra mümkün olacağını bildirib.

News365.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya uzunmüddətli sülh istəyir, lakin bu, ölkənin strateji maraqlarının təmin olunmasından sonra reallaşa bilər:

“Davamlı sülhə yalnız maraqlarımızı qoruduqdan və əvvəldən müəyyən edilən məqsədlərə çatdıqdan sonra nail olmaq mümkündür.”

Peskov qeyd edib ki, münaqişənin həlli ilə bağlı əsaslı danışıqlar yalnız Rusiya qoşunlarının nəzarət etdiyi ərazilərin inzibati sərhədlərinə çatdıqdan sonra baş tuta bilər.

News365.az

Seçilən
14
news365.az

1Mənbələr