AZ

ABŞ hərbçiləri Sakit okeanda iki gəmiyə zərbə endirib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən iki katerə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların cənub komandanlığı məlumat yayıb.

Bildirilir ki, “Cənub nizəsi” adlanan birgə əməliyyat qrupu terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə zərbə endirib. Gəmilərin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları ilə üzdüyü və narkotik ticarəti əməliyyatlarında iştirak etdiyi kəşfiyyat orqanları tərəfindən təsdiqlənib.

Hərbçilərin məlumatına görə, zərbələr nəticəsində qayıqlarda olan beş nəfər həlak olub. Sağ qalan bir nəfərin isə axtarışına başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr