ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Nigeriyada ordu tərəfindən yanlış həyata keçirilən hava hücumu faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən Jilili bazarına endirilib.
Hadisə nəticəsində 56 mülki şəxs həyatını itirib, 14 nəfər isə yaralanıb.
Bildirilib ki, hücum əslində Boko Haram üzvlərinə qarşı planlaşdırılmış hərbi əməliyyat çərçivəsində həyata keçirilməli idi.
Yobe ştatı rəhbərliyinin təhlükəsizlik üzrə müşaviri Abdulsalam Dahiru bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini açıqlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.