AZ

Dünyada aclıq çəkən insanların sayı 67 milyona çatacaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ac insanları sayı 45 milyon artaraq 67 milyona çata bilər.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Maslennikov bildirib.

“Yaxın Şərqdə münaqişə inkişaf etdikcə, xarici qüvvələrin Rusiyanın ərzaq təhlükəsizliyini süni şəkildə pozmaq cəhdləri istisna deyil. Hörmüz boğazının üç aylıq blokadası, ilk növbədə, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin ərzaq təhlükəsizliyini təhdid edir. İranla bağlı münaqişə Rusiyanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır, eyni zamanda kənd təsərrüfatı istehsalçıları üçün imkanlar açır. Yaxın Şərqdəki hadisələr səbəbindən Avropa fermerləri Şimali Afrika, Şimali Amerika və Rusiyadan gübrələrə keçmək məcburiyyətində qalırlar. Yaxın Şərqdəki münaqişə yaya qədər davam edərsə, son illərdə qlobal ərzaq inflyasiyasının ən böyük artımı mümkündür. Yaxın Şərqdəki böhranın davam etməsi dünyada ac insanların sayının 45 milyon artaraq rekord həddə - 673 milyona çatmasına səbəb ola bilər. Yaxın Şərqdə davam edən böhran qarğıdalı istehsalçılarını və Avropa istixana fermerlərini kənd təsərrüfatı sektorunda ən həssas vəziyyətə salır”, - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
modern.az

1Mənbələr