AZ

40 günlük müharibənin dəyəri açıqlandı: İsrail mediası məlumat yaydı

İsrailin İrana hücumlarının iqtisadi dəyəri üzə çıxmağa başlayır.

Turkustan.az xəbər verir ki,Maliyyə Nazirliyinin ilkin qiymətləndirməsinə əsasən, “The Times of Israel” qəzetində dərc olunan xəbərə görə, müharibə Təl-Əviv hökumətinə 35 milyard şekel (təxminən 11,5 milyard dollar) başa gəlib.

Hesabatda bildirilir ki, ümumi xərclərin təxminən 22 milyard şekeli (7,25 milyard dollar) İsrail ordusu, Müdafiə Nazirliyi və digər təhlükəsizlik qurumlarının hərbi xərcləri hesabına formalaşıb. Məlumata görə, bu məbləğ artıq 2026-cı il üçün müdafiə xərcləri büdcəsinə daxil edilib.

İranın qisas tədbirləri nəticəsində dəyən zərərləri, o cümlədən bağlanmış müəssisələr və ödənişsiz məzuniyyətə göndərilən işçilər üçün itkiləri ödəmək məqsədilə yaradılan kompensasiya paketinin təxminən 12 milyard şekel (4 milyard dollar) olacağı gözlənilir. Bundan əlavə, sosial xidmətlər və səhiyyə xərcləri üçün əlavə 1 milyard şekel (329 milyon dollar) ayrılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr