Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası dövlət qurumları və tibb işçiləri ilə birgə 17 Aprel – Ümumdünya Hemofiliya Gününü müxtəlif tədbirlərlə qeyd edir. Tədbirlər proqramına elmi konfranslar, seminarlar, idman yarışları, mədəni aksiyalar, həmçinin hemofiliyanın rəmzi rəngi olan qırmızı işıqlandırma ilə abidələrin işıqlandırılması və digər sosial layihələr daxildir.
2026-cı il 11 aprel tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr olunmuş gəzinti və ağacəkmə aksiyası həyata keçirilib. Tədbir çərçivəsində assosiasiya üzvləri üçün Zirə Eko Park ərazisində yerlə…
Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası dövlət qurumları və tibb işçiləri ilə birlikdə 17 Aprel – Ümumdünya Hemofiliya Gününü xüsusi qeyd edir. Bu günə həsr olunmuş müxtəlif formatlı tədbirlər sırasına elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı rənglə işıqlandırılması, habelə digər tibbi və sosial layihələr daxildir.
Belə ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr olunan gəzinti və ağacəkmə aksiyası təşkil edilmişdir.
Tədbir çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiya üzvləri üçün Zirə Eko Parkın ərazisindəki Xalça Muzeyi və Türk Dünyası Rəsm Qalereyasına ekskursiya təşkil olunmuşdur. Sonda Pirallahı Tibb Mərkəzinin heyəti və Assosiasiya üzvləri Zirə Eko Park ərazisində zeytun ağacları əkərək, ərazidə "Xatirə planeti" lövhəsini yerləşdirmişlər.
Aksiyanın məqsədi qanın laxtalanma pozuntularından əziyyət çəkən insanların keyfiyyətli müalicələrinin vacibliyini gündəmdə saxlamaq və cəmiyyətin diqqətini bu xəstəliklərə yönəltməkdir.
Ayaz Hüseynov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Pirallahı Tibb Mərkəzi Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası Pasiyent Təşkilatları İttifaqı