AZ

“Neftçi”nin həsrəti sona çatdı: 1294 gün sonra gələn seriya!

Apasport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında XXVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Neftçi” son 3 mövsümün şəxsi rekordunu müəyyənləşdirib.

Bakı təmsilçisi bunu evdə “Araz-Naxçıvan”ı məğlub edərək bacarıb. Qazanılan 2:1 hesablı qələbə ölkə çempionatında ardıcıl 4-cü qalibiyyət olub.

Bununla da, komanda 3 mövsüm sonra ilk dəfə 4 oyunda 12 xal toplamağı bacarıb. “Ağ-qaralar” “Qəbələ” (3:1), “İmişli” (6:0), “Sumqayıt”dan (3:1) sonra Muxtar Respublika təmsilçisini də üstələyərək 1294 günlük həsrətə son qoyub.

Paytaxt klubu sonuncu dəfə 2022/23 mövsümündə eyni uğura imza atıb. “Neftçi” həmin vaxt “Zirə” (2:1), “Sumqayıt” (3:0), “Qəbələ” (2:1) və “Səbail”i (2:0) məğlub edib. Seriyaya isə “Qarabağ”la oyunda son qoyulub – 1:3.

“Ağ-qaralar” növbəti turda “Zirə” ilə qarşılaşacaq. “Flaqman” avrokuboklara vəsiqə uğrunda əsas rəqibini məğlub etsə, 4 mövsüm öncəki rekordu da təkrarlayacaq. Həmin mövsüm gümüş medalçı olan “Neftçi” “Şamaxı” (3:1), “Sabah” (1:0), “Səbail” (2:0), “Sumqayıt” (2:1) və “Qəbələ”ni (4:0) xalsız qoyaraq ardıcıl 5 qələbəni sıralamışdı.

Qeyd edək ki, hazırda aktivində 43 xalı olan “Neftçi” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Son 16 mövsümdə ilk: 2-ci het-trik

“Kəpəz” 350-yə çatdı

Kurban Berdıyev: “Mən şərtlərdən razıyam”

Saşa İliç: “Hakimlərlə bağlı məsələlər var”

“Turan Tovuz” turu qalib başa vurdu - YENİLƏNİB

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
apasport.az

2Mənbələr