AZ

Faiz açıqlanmayıbsa, bank nə qədər tələb edə bilər? - AÇIQLANDI

“Faizli kreditlərin nə dərəcədə şəffaf təqdim olunduğunu dəqiq demək çətindir. Şəxsən özüm istifadə etmədiyim və vətəndaşlardan da bu barədə konkret müraciət almadığım üçün qəti fikir bildirmək mümkün deyil”.

Bu sözləri SİA-ya açıqlamasında bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

O bildirib ki, amma prinsip etibarilə məsələ aydındır: burada kredit verən tərəf sahibkar, kredit götürən isə istehlakçıdır. Bu isə o deməkdir ki, söhbət istehlak krediti müqaviləsindən gedir və belə müqavilələrdə bütün şərtlər əvvəlcədən açıq və aydın şəkildə təqdim olunmalıdır:

“Vətəndaş krediti götürməzdən əvvəl faiz dərəcəsi, ödəniş qaydası və digər vacib şərtlər barədə tam məlumatlandırılmalıdır. Əgər bu məlumatlar təqdim olunmazsa və vətəndaş sonradan bunu əsas gətirərsə, məsələ məhkəmə mübahisəsinə çevrilə bilər.

Belə halda məhkəmə əsasən bu suallara baxacaq: vətəndaş kredit şərtləri ilə əvvəlcədən tanış olubmu, yoxsa yox? Əgər sübut olunsa ki, məsələn, illik 30% faiz barədə məlumat verilməyib və ya sistemdə bu açıq görünməyib, o zaman bu şərt etibarsız sayıla bilər.

Bu vəziyyətdə vətəndaş götürdüyü əsas borcu qaytarmalıdır. Yəni, məsələn, 8000 manat kredit götürübsə, həmin məbləği ödəməlidir. Lakin faiz məsələsi ayrıca qiymətləndirilir. Əgər faizlə bağlı şərt qanuni şəkildə razılaşdırılmayıbsa, o zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən standart olaraq illik 5% faiz tətbiq oluna bilər.

Bu isə bazar şərtləri ilə müqayisədə xeyli aşağı faiz hesab olunur”.

Ayşən Vəli

Seçilən
18
1
sia.az

2Mənbələr