AZ

Palata sədri: 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb

Palata sədri: 2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb

2025-ci ilin İş Planına əsasən Hesablama Palatasının apardığı audit 3560 satınalmanı və 3,8 mlrd. manatı əhatə edib.

AFN.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Palata sədri deyib ki, bu satınalmaların yarıdan çoxu (60%-i) (2119-u və ya 2 mlrd. manatdan bir qədər çoxu) müsabiqəsiz satınalma metodu ilə keçirilib. 2025-ci ildə də satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb, xüsusilə ilin son rüblərində (III və IV rüblər) cəmləşmə müşahidə olunub:

"Təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda, 70-dən çox təşkilatın isə ilk satınalması 9-cu ayda baş verib".

V.Gülməmmədov bağlanmış müqavilələrin tam icra olunmamasına da toxunub. Deyib ki, qurumlar tərəfindən təqdim edilmiş məlumatlar müqavilələrin 30%-nin tam icra icra olunmadığını göstərir.

Seçilən
3
4
afn.az

5Mənbələr