Misirdə tapılan qədim papirus vasitəsilə Empedokla aid yeni şeir sətirləri aşkar edilib.
"Euronews"un verdiyi xəbərə görə, Lieqe Universitetinin alimlərinin araşdırmasına görə, sənəd filosofun "Fizika" əsərinə aid 30 yeni sətri ehtiva edir.
Tapıntı Empedoklesin ideyalarını ilk dəfə birbaşa mənbədən öyrənməyə imkan yaradır.
Yeni mətnlər onun qavrayış və görmə nəzəriyyələrinə dair mühüm məlumatlar təqdim edir.
Qeyd edək ki, alimlər bu kəşfin antik yunan fəlsəfəsinin yenidən qiymətləndirilməsinə səbəb ola biləcəyini bildirirlər.