AZ

Elsevər Fərzəliyev: “Çürümüş məhsul bioloji dəyişkənliyə məruz qalır və insan orqanizmi tərəfindən normal qəbul edilmir” Video

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Kartof gündəlik qida rasionumuzun əsas məhsullarından biridir, amma cücərmiş, rəngi dəyişilmiş kartof sağlamlıq üçün təhlükə yarada bilər. Buna baxmayaraq böyük marketlərdə belə kartofların satılmasına şərait yaradılır. Bəzi insanlar da məcbur olub alırlar.Cücərmiş kartofun insan sağlamlığına təhlükəsi varmı?

Qida eksperti, UNEC-in dosenti Elsevər Fərzəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz bədənimizin temperaturunun bir hissəsini kartofun həzmi ilə ayrılan enerjinin hesabına saxlaya bilirik: “Kartof xammal olaraq 2- ci çörək kimi dəyərləndirilir. Kartofun təqribən 70 %-ni təşkil edən nişasta insan orqanizmində maddələr mübadiləsi zamanı kifayət qədər yüksək miqdarda enerji ayırır. Hətta biz bədənimizin temperaturunun bir hissəsini kartofun həzmi ilə ayrılan enerjinin hesabına saxlaya bilirik. Təbii ki, bütün məhsullar kimi kartof da tərəvəz olaraq sağlam halda qidalanmaq üçün tam dəyərli məhsul sayılır. Lakin bir çox hallarda, bir çox məhsulların müəyyən qədər korlanması, (onların qismən çürüməsi, qismən cücərməsi) baş verir. Bu hal kartof kimi kök yumrularında, çuğundur və yerkökündə də baş verir.

Bir nüansı qeyd edim ki, cücərmə məhsulun fizioloji cəhətdən tam yetkinliyinə, onun sonradan nəslini artırmaq, inkişaf edib çoxalmaq qabiliyyətinə dəlalət edir. Məhz bu baxımdan kartof cücərməyə başlayanda onun tərkibində heç bir toksik maddə əmələ gəlmir ki, o insan orqanizmində mənfi təsir göstərə bilsin. Sadəcə çatışmayan cəhəd kartofun qidalıq dəyərinin azalmasıdır. Bəyaq qeyd etdim ki, kartof 70 %- dək nişastadan ibarət olan bir məhsuldur. Onun cücərməsinə tərkibindəki nişastanın və digər komponentlərin sərf olunması işlədilməsi hesabına kartofun qidalılıq dəyəri azalır. Cücərmiş kartoflarda əlbəttə ki, sağlam kartofda olan kimi kifayət qədər enerji dəyəri olmur.

Bildirmək istəyirəm ki, kartofun qidalanma zamanı insan orqanizminə verə biləcəyi zərər, mənfi təsir yalnız onun qidalılıq dəyərində, enerji dəyərində tamamlana bilər. Çürümüş kartoflar əlbəttə bioloji dəyişkənliyə məruz qalır, yəni çürümə mikrobioloji təsirin nəticəsidir və çürümüş heç bir məhsul insan orqanizmi tərəfindən normal qəbul edilmir. Çürümüş kartoflar da qida kimi qəbul edilmir”.

“Bir də görürsən ki, bazarda piştaxtada alma, yaxud armud satılır. Almanın üzərində dırnaqdan da kiçik bir çürüntü hissəsi var. Çox insanlar o çürüntünü kəsib kənarlaşdıraraq sonradan o məhsuldan istifadə edir. Bu o deməkdir ki, mikrobioloji təsirin nəticəsində almanın, yaxud armudun çürümüş hissəsi qidalanmaq üçün yararsızdır. Təbii ki, digər sağlam tərəfini qidalanmaq üçün istifadə etmək mümkündür. Bu mənada insan orqanizminə heç bir zərərli, zəhərli toksin təsiri göstərmir.

Məhz bu konteksdən yanaşaraq cücərmiş, yaxud müəyyən qədər çürüyə malik olan kartofun cücərti və çürümüş hissəsini kəsib tullayaraq qidalanmada istifadə etmək olar. Əlbəttə ki, o xammalın, qiyməti sağlam məhsulla müqayisədə xeyli aşağıdır və o xammalın, o tərəvəzin də öz alıcı bazarı var”, - deyə Elsevər Fərzəliyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr