AZ

Tramp İrana hücumları davam etdirəcək

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını bağlamaqla yanaşı, İrana məhdud hücumları bərpa etməyi də nəzərdən keçirir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məsələ ilə tanış mənbələr “The Wall Street Journal” (WSJ) qəzetinə bildiriblər. 

Onların sözlərinə görə, bu, 11 apreldə İslamabadda ABŞ-İran danışıqları razılaşma olmadan başa çatdıqdan sonra Ağ Evdə müzakirə olunan ssenarilərdən biridir. Başqa bir variant isə İrana tammiqyaslı hücumların bərpasıdır. 

Lakin mənbələr qeyd ediblər ki, Yaxın Şərqdə daha da qeyri-sabitlik riski və Trampın hərbi münaqişəni uzatmaq istəməməsi səbəbindən bu ssenarinin ehtimalı azdır.

Həmçinin, WSJ-nin məlumatına görə, Trampın bir gün əvvəl elan etdiyi Hörmüz boğazının blokadası zamanı ABŞ müttəfiqlərinə gəmilərin dəniz yolundan təhlükəsiz keçməsini təmin etmək üçün məsuliyyəti öz üzərinə götürmələri üçün təzyiq göstərmək niyyətindədir. 

Mənbələr vurğulayıblar ki, Tramp hərbi əməliyyat ehtimalına baxmayaraq, münaqişənin diplomatik həllinə sadiq qalır. Ağ Ev rəsmiləri bildiriblər ki, Prezident İrana təzyiq göstərmək üçün bütün əlavə variantları nəzərdən keçirir.

Seçilən
10
cebheinfo.az

1Mənbələr