BAKI, 13 aprel. TELEQRAF
“Macarıstanın yeri Avropadadır, biz yenidən güclü Avropa müttəfiqi və NATO-nun üzvü olacağıq, Avropadakı mövqeyimizi bərpa edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan parlament seçkilərində qalib gələn müxalif “Tisa” partiyasının sədri Peter Madyar deyib.
O əlavə edib ki, ilk xarici səfərləri Polşa və Avstriyaya olacaq.
Peter Madyar bundan sonra isə Brüsselə səfər edərək Avropa İttifaqını Macarıstanın milyardlarla avroluq dondurulmuş vəsaitlərinin geri qaytarılmasına çağıracaq.