“ABŞ və İranın hansısa bir razılığa gələ bilməyəcəyi əvvəlcədən aydın idi. Tehran Vaşınqtona 10 maddədən ibarət tələb irəli sürüb. Sənədin mahiyyəti ona dəlalət edir ki, İran sanki savaşda qələbə qazanmış kimi davranır”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi icmalçı Xəyal Tağıyev deyib.
Onun fikrincə, nə ABŞ, nə İsrail məsələnin bu cür qoyuluşu ilə razılaşacaqlar:
“ABŞ tam zəfər çalmış kimi görünməsə də, bu o demək deyil ki, onun hərbi potensialı və ya müharibəni davam etdirmək imkanları tükənib. Məsələ ondadır ki, bundan sonra Tramp nə edəcək? Bəli, İranın deyil, məhs Amerikanın nə edəcəyi vacibdir. Təşəbbüsü kimin əldə saxlaması həm də bundan bəllidir. Beləliklə, dəniz blokadası. Bəziləri bunu elə qələmə verirlər ki, guya Tramp blokadanı bütün gəmilərə şamil edəcək. Lakin, ABŞ donanmasının yaydığı rəsmi məlumatdan aydın olur ki, İran limanlarına daxil olan və oradan çıxan gəmilərdən söhbət gedir”.
X.Tağıyev bildirib ki, Vaşinqtonun bu cür vasitəyə əl atması həm də məhdud zərbələrin endirilməsilə müşaiyyət ediləcək:
“Maraqlı suallardan biri də odur ki, İranın iqtisadi potensialını tükəndirməyə çalışan Tramp bu ölkə ilə quru sərhədləri açıq olan onun qonşu dövlətlərlə necə davranaraq? Əslində İranı dənizdən bağlamaq kifayət etməyə bilər”.
Telegram kanalımız