Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.
Qəza nəticəsində bütün nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


