AZ

DÇ 2026 nın iqtisadi təsiri milyardlarla dollar olacaq Proqnoz açıqlandı

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il keçiriləcək FIFA Dünya Kubokunun həm ev sahibinə, həm də qlobal iqtisadiyyata ciddi təsir göstərəcəyi ilə bağlı proqnozlar verilir

Qaynarinfo xəbər verir ki, FIFA və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə hesabatına əsasən, turnirə 6,5 milyon tamaşaçının qatılması və ümumi xərclərin 13,9 milyard dollar olacaq proqnozlaşdırılır.

Turnirin qlobal iqtisadiyyata ümumilikdə 80,1 milyard dollar, dünya ÜDM-nə isə 40,9 milyard dollar əlavə töhfə verməsi gözlənilir. Bundan əlavə, 824 min yeni iş yerinin yaradılacağı bildirilir.

Turnirin əsas ev sahibi olan ABŞ-da iqtisadi təsirin 30,5 milyard dollara çatacağı, 185 min yeni iş yerinin yaranacağı,  və 3,4 milyard dollar vergi gəliri təmin edəcəyi proqnozlaşdırılır. Ölkənin turnir dövründə 1,24 milyon xarici turist qəbul edəcəyi də bildirilir.

Los Angeles şəhərində keçiriləcək 8 oyunun 594 milyon dollarlıq iqtisadi təsir yaratması gözlənilir. Otellərin 158,4 milyon dollar, restoranların isə 71,7 milyon dollar gəlir əldə edəcəyi qeyd olunur. Nyu- York və Dallas kimi digər şəhərlərdə də oxşar artım proqnozlaşdırılır.

Turnir dövründə yüksək tələbat səbəbindən xərclərin artacağı bildirilir. Gündəlik turist xərclərinin orta hesabla 416 dollar olacağı, Los Angelesdə otel qiymətlərinin 90%-ə qədər artaraq 480 dollara çatacağı qeyd olunur. Final matçının biletlərinin isə 10 min dolları keçəcəyi bildirilir.

FIFA-nın 16 qlobal sponsorluq paketinin hamısının satıldığı və turnirdən 2,5–3 milyard dollar sponsorluk gəliri əldə ediləcəyi proqnozlaşdırılır. Gəlirlərin FIFA tərəfindən 211 üzv federasiya vasitəsilə futbolun inkişafına yönəldiləcəyi bildirilir.

Hesabatlara görə, turnirin sosial təsiri ABŞ üçün 6,88 milyard dollar, xərclər çıxıldıqdan sonra isə 5,17 milyard dollar səviyyəsində qiymətləndirilir. İdman mədəniyyətinin inkişafı, gənclərin idmana yönəlməsi və uzunmüddətli turizm artımı əsas sosial nəticələr kimi göstərilir.

Qeyd edək ki, ilk dəfə 48 komandanın iştirak edəcəyi turnirdə ümumilikdə 104 oyun oynanılacaq. Matçlar ABŞ, Kanada və Meksikanın 16 şəhərində təşkil olunacaq.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
qaynarinfo.az

1Mənbələr