AZ

Kreml: Rusiya Macarıstan rəhbərliyi ilə yüksək praqmatik əlaqələri davam etdirməyə ümid edir

"Kreml Budapeştin dialoqu davam etdirməyə hazır olduğu barədə bəyanatları eşidib. Bu hər iki tərəf üçün faydalı olacaq".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Macarıstan rəhbərliyi ilə yüksək praqmatik əlaqələri davam etdirməyə ümid edir.

Kremlin sözçüsü Rusiyanın bütün Avropa ölkələri kimi Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu vurğulayıb.

Seçilən
17
apa.az

1Mənbələr