Apa.az saytına istinadən ain.az xəbər verir.
"Kreml Budapeştin dialoqu davam etdirməyə hazır olduğu barədə bəyanatları eşidib. Bu hər iki tərəf üçün faydalı olacaq".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Macarıstan rəhbərliyi ilə yüksək praqmatik əlaqələri davam etdirməyə ümid edir.
Kremlin sözçüsü Rusiyanın bütün Avropa ölkələri kimi Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu vurğulayıb.
"Macarlar öz seçimlərini ediblər və Rusiya buna hörmətlə yanaşır".
Peskov Macarıstanın yeni rəhbərliyinin hansı tədbirlər görəcəyinin hələlik məlum olmadığını söyləyib.
O, Macarıstanın Drujba neft kəmərindən istifadəsini davam etdirməsi məsələsini bu ölkənin rəhbərliyinə ünvanlamağı təklif edib.
Kreml rəsmisi Macarıstandakı seçkilərin Rusiya-Ukrayna münaqişəsi ətrafındakı vəziyyətə təsir edəcəyinə inanmadığını da qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.