Misli Premyer Liqasının XXVII turunda baş tutan "Zirə" ilə qarşılaşma (2:2) "Sabah" üçün əlamətdar olub.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Masazır təmsilçisi ölkə çempionatlarında 350-ci qolunu vurub. Komandanın yubiley qoluna matçın son nöqtəsini qoyan İqor Noqeyra imza atıb.
"Sabah" bu məhsuldarlıq göstəricisinə özünün 239-cu oyununda nail olub ki, bu da hər matça orta hesabla 1,46 qol deməkdir. Vurulan topların 183-ü doğma meydanda, 167-si isə səfərdə rəqib qapılarından keçirilib.
Bununla da "bayquşlar" turnir tarixində 350 qol səddini keçən 13-cü kollektiv kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, komandanın yüksək dəstədəki ilk qolunun müəllifi 2018-ci il avqustun 12-də "Keşlə" (hazırkı Şamaxı) ilə oyunda fərqlənən Marko Deviç olmuşdu.