Pakistan, Misir və Türkiyə atəşkəs müddəti 21 apreldə bitməzdən əvvəl ABŞ və İran arasında yeni dialoq mərhələsi təşkil etməyə ümid edirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, vasitəçi ölkələr fikir ayrılıqlarını azaltmağa və Vaşinqtonla Tehranı danışıqlar masasına qaytarmağa çalışırlar. Hər iki tərəf hələ də razılaşmanın mümkün olduğuna inanır.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp, dəniz blokadası İranı mövqeyini dəyişməyə məcbur etməsə, infrastruktur obyektlərinə zərbələri bərpa etməyi düşünür.
ABŞ rəsmiləri bildirirlər ki, Vaşinqtonun Pakistandakı dialoqdan geri çəkilməsi və blokada ilə hədələməsi davam edən danışıqlar təzyiqinin yalnız bir hissəsidir.