AZ

Bakıda başlayan sevgi, Şəmkirdə bitən cinayət: “Evə getsəm, özümü öldürərəm”

Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Tərlan yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib – red.) qarşı intim hərəkətlər etməkdə ittiham olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, 2010-cu il təvəllüdlü Elnarə ilə ötən il oktyabrın 4-də sosial şəbəkə vasitəsilə tanış olub.

Noyabrın 17-də onlar paytaxtda görüşüblər. Bu zaman qız yaşadığı evi könüllü tərk edib və Tərlanla Şəmkir rayonuna gəlib. Tərlan qızı rayonunda yaşayan bacısı Sevilin mənzilə aparıb.

Tərlanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tərlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Elnarə ilə “Likee” adlı sosial şəbəkədə tanış olub: “Şəkillərini gördüm, onu bəyəndim. Hər ikimiz bir-birimizi sevdik. Mən Bakıya Elnarəni görməyə getdim. Orada ilk dəfə görüşdük, söhbət edərək ayrıldıq”.

Seçilən
7
publika.az

1Mənbələr