AZ

Ağcabədidə zəncirvari qəza baş verib

AĞCABƏDİ, 13 aprel. TELEQRAF

Ağcabədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarəvəlli kəndi ərazisində baş verib.

Belə ki, İsmayılov Bəhruzun idarə etdiyi “VAZ 2104”, Ocaqverdiyev Nemətin və Qurbanov Raminin idarə etdiyi “Mercedes” markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində B. İsmayılov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
teleqraf.com

1Mənbələr