AZ

POLŞADA NARKOKURYER 88 KAPSUL KOKAİN UDUB » AzadMedia.az

POLŞADA


13 aprel tarixində Polşanın Qdansk hava limanında narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb.

Məlumata görə, Londondan gələn Polşa vətəndaşı gömrük yoxlaması zamanı şübhəli davranışları ilə diqqət çəkib. Xidmət iti onun baqajına reaksiya verib və çantada kokain olan kapsul aşkarlanıb.

Şəxsin həddindən artıq gərgin olduğu nəzərə alınaraq tibbi müayinə təyin edilib. Ultrasəs müayinəsi zamanı onun daha 88 kapsul narkotik maddəni udduğu müəyyən edilib.

Ümumilikdə saxlanılan şəxsdə təxminən 800 qram kokain aşkarlanıb. Maddənin “qara bazar” dəyərinin 70 min avroya yaxın olduğu bildirilir.

Hadisə ilə bağlı şübhəli şəxs 3 ay müddətinə həbs edilib. Ona qarşı irəli sürülən ittiham üzrə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Seçilən
7
1
azadmedia.az

2Mənbələr