The Athletic-in məlumatına görə, İran turnirdən çıxsa, İtaliya milli komandası 2026-cı il Dünya Kubokuna vəsiqə qazanmaq üçün daha bir şans qazana bilər.
Beynəlxalq Futbol Assosiasiyası (FIFA) Asiyadan iki və Avropadan iki komanda arasında qitələrarası pley-off oyunu keçirməyi düşünür. Qalib boş qalan yeri tutacaq.
FIFA reytinqindəki yüksək mövqeyi sayəsində İtaliya Avropa pley-offuna aparıcı namizədlərdən biri olacaq və bu ssenari gerçəkləşərsə, demək olar ki, yer təmin edəcək.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Qarşıdan gələn Dünya Kuboku 48 komandanın iştirak edəcəyi ilk yarış olacaq. Bir neçə media orqanı İranın ABŞ və İsrail ilə münaqişələr səbəbindən turnirdən çıxmasından sonra Rusiya millisinin Dünya Kubokuna vəsiqə qazana biləcəyini ehtimal edirdi. Lakin İran millisi daha sonra oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlara başladı.
Əziz MUSTAFA