HITMAKER Murad Arifin repçi Orxan Zeynallı ilə birgə təqdim etdiyi “ÜZR” layihəsi yayımlandıqdan sonra böyük maraqla qarşılanıb.
Sözləri və musiqisi Murad Arifə məxsus olan, Orxan Zeynallının rep hissəsi ilə tamamlanan trek üçün çəkilən videoklip qısa müddətdə rekord baxış sayı toplayıb. Ekran işi 1 həftəyə 600 mindən çox izlənib. Layihə həm “YouTube” platformasında, həm də digər rəqəmsal musiqi platformalarında geniş auditoriyaya çatıb.
Klipin rejissoru Delee, ssenari müəllifi isə Murad Arifdir. Ekran işində Azərbaycanın Xalq artisti Səidə Quliyeva baş rolda çıxış edir. Onun emosional və təsirli oyunu tamaşaçılar tərəfindən xüsusi qeyd olunub.
Süjet xətti gündəlik həyatın xaosu fonunda ailə dəyərləri və insan münasibətlərinə diqqət çəkir. Klipdə hər gün övladından xəbər gözləyən ana obrazı ilə yanaşı, paralel inkişaf edən dramatik hadisələr təqdim olunur.
“ÜZR” layihəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər minlərlə şərh yazaraq həm musiqini, həm də klipi yüksək qiymətləndiriblər.